İqtisadiyyat

Avropa Mərkəzi Bankı növbəti iclasını keçirir

26 Aprel 2018 16:26
0 Şərh     Baxış: 643
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Avropa Mərkəzi Bankının (ECB) növbəti iclası keçirilir

Milli.Az report-a istinadən xəbər verir ki, iclasdan sonra qurumun prezidenti Mario Draqinin ənənəvi mətbuat konfransını keçirməsi gözlənilir. 

İnvestorlar ondan son zamanlar regionun iqtisadiyyatı ilə bağlı verdiyi ziddiyyətli açıqlamalara aydınlıq gətirməyi gözləyir. Bundan başqa, baş bankirin sənaye məhsullarının istehsalı ilə bağlı göstəricilərə, eləcə də ABŞ-la yaranmış fikir ayrılığının bəzi idxal mallarının qiymətlərinə potensial təsirinə diqqət yetirəcəyi də gözləntilər sırasındadır. 

Analitiklər hesab edir ki, M.Draqi mətbuat konfransında ECB-nin həyata keçirdiyi stimullaşdırma proqramının gələcək vəziyyəti ilə bağlı açıqlama verməyəcək və həmin proqram Bankın 14 iyun və yaxud 26 iyul iclasında qədər qüvvədə qalacaq. Qeyd edək ki, ECB qiymət artımının illik səviyyəsini 2%-dən aşağı saxlamağa çalışır. Hazırda bu rəqəm 1,3%-dir. Bankın istiqraz alışları iqtisadiyyatda əlavə pul kütləsi yaradır, bu da iqtisadi artımı stimullaşdırır və inflyasiya yaradır. 

Bundan başqa, analitikləri fikrincə, ECB-nin uçot dərəcəsini artırlması 2019-cu ilin ortalarında və yaxud sonlarında mümkün ola bilər. Hazırda qurum banklara 0%-lə kredit verir, -0,4%-lə banklardan depozit cəlb edir. Mənfi faiz dərəcəsi banklar üçün cərimə xarakteri daşıyır və onlara ECB-dən borc almağın depozit yerləşdirməkdən daha sərfəli olmasını göstərməyə xidmət edir. 

ECB ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini qaldırmaqla bağlı təşəbbüsünə qoşulmaqda zəiflik nümayiş etdirir və əsas indikatorlar üzrə faizlər 0-dır. Amma FED-də bu rəqəm 1,5% təşkil edir.

Qeyd edək ki, 2010-2015-ci illərdə Avropa iqtisadiyyatı bir sıra üzv ölkələrdə yaranmış hökumət böhranı və bank borcları səbəbindən geriləyib. Yalnız ötən il ən güclü - 2,5%-lik iqtisadi inkişaf qeydə alınıb. Amma inflyasiya zəif olub.

Atlantik okeanının iki sahilində faiz dərəcələrində fərqin olması istiqrazların gəlirliyində də fərq yaradır. Belə ki, 10 ill müddətinə dövriyyəyə buraxılmış ABŞ Xəzinədarlığının istiqrazları illik 3,02% gəlir gətirdiyi halda, Almaniyada illik faiz dərəcəsi cəmi 0,02%-dir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.