İqtisadiyyat

Azərbaycan neftinin SON QİYMƏTİ

25 Aprel 2018 23:48
0 Şərh     Baxış: 1 612
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 24-də 76,25 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1 dollar/barel çoxdur. Milli.Az bildirir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 24-də 75,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,99 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 24-də 71,05 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,92 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə aprelin 24-də 75,26 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,96 dollar/barel çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.