İqtisadiyyat

Sığorta şirkətləri tərəfindən qəzalı maşınların təmiri: şərtlər dəyişdi - VİDEO

23 Aprel 2018 21:14
0 Şərh     Baxış: 1 854
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda sığorta şirkəti tərəfindən qəzalı avtomobillərin təmir edilməsi yeni şərtlərlə həyata keçiriləcək.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, avtomobilin təmir edilən bütün hissələrinə minumum 1 il zəmanət veriləcək və təmirin dəqiq müddəti əvvəlcədən sürücülərə bildiriləcək.
Bu barədə qərar Azərbaycan Sığortaçılar Assosiasiyası, Maliyyə Bazarlarına Nəzarət Palatası və İcbari Sığorta Bürosu əməkdaşlarının növbəti görüşündə verilib. Hazırda yoxlanış mərhələsində olan sistem sığorta edilənlərə bir çox üstünlüklər verir.

Sığorta şirkətləri yalnız bu əsaslarla xidmət göstərən təmir müəssisələri ilə əməkdaşlıq edə biləcək. Təmir müəssisəsinin seçilməsi hərrac üsulu ilə olacaq.

Bundan başqa, sığorta şirkəti şərtlər uyqun olduqu halda avtomobili təmir edilən şəxsin yaşayış yerinə yaxın olan təmir müəssisəsini seçməlidir.

Hazırda bu layihə yoxlanış mərhələsindədir, özünü doğruldacağı təqdirdə növbəti həftədən etibarən tətbiq ediləcəyi gözlənilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sığorta şirkətləri tərəfindən qəzalı maşınların təmiri yeni şərtlərlə həyata keçiriləcək

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.