İqtisadiyyat

"Rusiya və Azərbaycan ticarət həcmini dəfələrlə artırmaq niyyətindədirlər"

23 Aprel 2018 15:42
0 Şərh     Baxış: 1 057
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Moskva və Bakı yaxın illər ərzində əmtəə dövriyyəsinin həcminin bir neçə dəfə artacağına, həmçinin Azərbaycanın Rusiyaya ixracında artımın təmin olunacağına ümid edirlər".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda jurnalistlərə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin deyib.

O qeyd edib ki, iki ölkə arasında ticari-iqtisadi münasibətlərin inkişafı üçün çox böyük potensial var:

"Bakıya əvvəlki səfərim zamanı (ötən ilin dekabrında - red.) mövcud maneələrin aradan qaldırılması üzrə xusisi işçi qrupunun yaradılması ilə bağlı razılığa gəlmişdik. Nəticələr var - bu gün biz ölkələr arasında ticarət həcminin artdığını müşahidə edirik".

Nazir bildirib ki, bu gün gündəliyə Azərbaycan ərazisində birgə müəssisənin yaradılması məsələsi də daxil edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.