İqtisadiyyat

Azərbaycan-Gürcüstan sərhədində yeni körpü inşa olunur

23 Aprel 2018 15:37
2 Şərh     Baxış: 1 434
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan-Gürcüstan sərhədində Samur çayı üzərində avtomobil körpüsü 2019-cu ildə başa çatacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Körpünün tikintisi ötən ilin oktyabr ayında başlayıb. Uzunluğu 325 metr təşkil edəcək. Körpü üzərində nəzarəti Rusiya tərəfi təmin edəcək.

Bundan əvvəl Rusiya KİV-ləri yazırdı ki, körpünün tikintisi 1,2 milyard rubla başa gələcək. Layihəni hər iki tərəf maliyyələşdirir.

Xatırladaq ki, Azərbaycan və Rusiya hökumətləri arasında yeni körpünün tikintisi haqqında sənəd 2013-cü il sentyabrın 13-də imzalanıb. Yeni körpü 1957-ci ildə tikilmiş, hazırda da istifadə olunan körpünü əvəz edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.