İqtisadiyyat

Bakıda III Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya" Forumu işə başlayıb

23 Aprel 2018 11:05
Baxış: 539
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakıda SOCAR-ın III Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya" Forumu işə başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov forumun ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunduğunu bildirib.

Bakı Ali Neft Məktəbinin və Böyük Britaniyanın "Confidence Capital Ltd" şirkətinin birgə təşkilatçılığı ilə keçirilən forumda 30 ölkədən 230-dən çox iştirakçı və məruzəçi iştirak edir.

E.Qasımov qeyd edib ki, məqsəd Xəzər və Mərkəzi Asiya regionunda karbohidrogen ehtiyatlarının emalı, satışı və ixracı məsələləri üzrə ən son tendensiyaların və inkişaf perspektivlərinin təhlilidir.

Üç gün davam edəcək forumun ilk günü dünya neft-qaz bazarı, Xəzər və Mərkəzi Asiya bazarı, nəqliyyat infrastrukturuna, ikinci günü neft emalı, neft və neft-kimya məhsullarının ticarəti, üçüncü günü isə neft-kimya bazarı, neftayırma zavodları və neft-kimya üçün texnologiyalara həsr olunacaq.

Tədbir bitdikdən sonra isə aprelin 26-da iştirakçılar üçün texniki səfərlər təşkil olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.