İqtisadiyyat

Azərbaycanın biznes əhəmiyyəti artır - VİDEO

19 Aprel 2018 21:13
0 Şərh     Baxış: 1 192
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda hazırda 900 mindən çox sahibkar var. Bu , dövlətin həyata keçirdiyi səmərəli iqtisadi siyasətin nəticəsində mümkün olub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bunu İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib. Nazir müavini, icazələrin elektronlaşdırılması üçün işlərə başlanıldığını da vurğulayıb.

Azərbaycan orta gəlirli ölkələr kateqoriyasından çıxaraq yüksək gəlirli ölkələr sırasına daxil olub. Bunu "XəzərXəbər"ə açıqlamasında qeyd edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycanın bir sıra beynəlxalq təşkilatların hesabatlarında mövqeyinin hər il yüksəldiyinə diqqət çəkib. Nazir müavini bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan nəqliyyat dəhlizinə çevrilməklə həm yerli, həm də xarici sahibkarlar tərəfindən daha cəlbedici bir ölkə halına gəlib.

Sahib Məmmədov ölkəyə qoyulan investisiyaların yarısının xarici investorların payına düşdüyünü vurğulayıb. bu isə beynəlxalq iqtisadi münasibətlərdə qazanılan yüksək etimadın göstəricisidir.

İqtisadiyyat nazirinin müavini onu da vurğulayıb ki, indiyədək sahibkarlara 2 milyard manatdan çox güzəştli kreditlər verilib və bunun sahəsində Azərbaycanda sahibkarların sayında böyük həcmdə artımlar olub.

Nazir müavini sahibkarların işini asanlaşdırmaq üçün lisenziyalardan sonra hazırda icazələrin də elektronlaşdırılması sahəsində ciddi işlər aparıldığını da vurğulayıb. Elektronlaşdırılacaq icazələrin sayı isə 80-dən yuxarı olacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanın biznes əhəmiyyəti artır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.