İqtisadiyyat

Azərbaycanda ÜDM-in artımı dünya səviyyəsinə görə yüksəkdir

19 Aprel 2018 20:57
Baxış: 568
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son 15 il ərzində Azərbaycanın iqtisadi artımının göstəriciləri hətta dünya səviyyəsinə görə yüksəkdir.

Milli.Az bildirir ki, bunu Trend-ə iqtisadçı ekspert, iqtisadiyyat elmləri doktoru Elşad Məmmədov deyib.

E.Məmmədov vurğulayıb ki, son illər ərazində Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb:

"Əlbəttə, bu nəticələrə nail olmaqda əsas rolu enerji sektoru oynayıb. Amma bu gün ön plana iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun inkişafı ilə bağlı məsələlər çıxır. Bu, ölkənin makroiqtisadi siyasətinin prioritetlərindən biridir".

Ekspertin sözlərinə görə, əlverişli makroiqtisadi vəziyyət dövlət büdcəsinin xərclər hissəsinin artırılması üçün lazım olan zəmini yaradır:
"Bu gün dövlət büdcəsinin xərclər hissəsi ümumi daxili məhsulun 25-30 faizi səviyyəsindədir. Amma enerji daşıyıcıları qiymətlərinin artması və qeyri-neft sektorunun inkişafı ilə əlaqədar burada artım üçün potensial var. Bu onu ifadə edir ki, dövlət investisiyaları əhəmiyyətli dərəcədə artırıla bilər. Hesab edirəm ki, hədəf göstərici 40-45 faiz ola bilər".

Dövlət borcu ilə bağlı vəziyyətdən danışan ekspert qeyd edib ki, Azərbaycanda dövlət borcunun azaldılması üçün bütün imkanlar mövcuddur:

"Ölkə rəhbərliyi yaxın illərdə dövlət borcunu daha aşağı səviyyəyə salmaq hədəfini qarşısına məqsəd qoyub. Bu, məqsədəuyğun addımdır. Bu gün dövlət borcu ümumi daxili məhsulun 20 faizi səviyyəsindədir. Hesab edirəm ki, bu proses metodik şəkildə həyata keçiriləcək ki, makroiqtisadi göstəricilərin sabitliyi təmin olunsun".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.