İqtisadiyyat

Expo 2025 sərgisinin keçirilmə xərcləri açıqlandı

19 Aprel 2018 20:15
Baxış: 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının namizədliyinin təsdiq edildiyi təqdirdə Expo 2025 sərgisinin keçirilməsi üçün Azərbaycanın xərci ildə 120 milyon avro olacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə maliyyə naziri vəzifəsini icra edən Samir Şərifov Beynəlxalq Sərgilər Bürosunun (BIE) araşdırma missiyasının Bakıya səfərinin yekunları ilə bağlı mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ümumiyyətlə sərginin keçiriləcəyi 7 il ərzində bu xərclər 765 milyon avro təşkil edəcək. S.Şərifov bildirib ki, sərginin keçirilməsi Bakı və ümumilikdə ölkənin inkişafında mühüm töhfə olacaq:

"Expo 2025-in keçirilməsi biznes mühiti, turizm və bütövlükdə iqtisadiyyatın inkişafı üçün yeni imkanlar yaradacaq".

BIE araşdırma missiyası aprelin 16-dan 19-a qədər Bakıda olub.

Azərbaycan 10 May -10 noyabr tarixlərində Bakı EXPO 2025 sərgisini təşkil etməyi təklif edib. Sərginin təklif olunan mövzusu "İnsan kapitalının inkişafı, daha yaxşı gələcəyin qurulması"dır.

Qeyd edək ki, Yekaterinburq (Rusiya) və Osaka (Yaponiya) da Expo 2025 üçün müraciət edib.

Beynəlxalq Sərgilər Bürosunun (BIE) araşdırma missiyası Yaponiyaya martın 6-8-də, Rusiyaya isə aprelin 2-4-də səfər edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.