İqtisadiyyat

BVF-in yaxın 2 il üzrə Azərbaycanda inflyasiya ilə bağlı PROQNOZU

17 Aprel 2018 20:47
Baxış: 698
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Valyuta Fondu (BVF) 2018-2019-cu illərdə Azərbaycanda birrəqəmli inflyasiya proqnozlaşdırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu, "World Economic Outlook" hesabatında qeyd olunub.

Hesabatda qeyd olunur ki, 2018-ci ildə ölkədə inflyasiya 7 faiz, 2019-cu ildə 6 faiz həcmində gözlənilir.

Xatırladaq ki, Azərbaycan hökuməti 2018-ci il üçün inflyasiyanı 6-8 faiz həcmində proqnozlaşdırmışdı.

Qeyd edək ki, BVF 2018-ci il üçün Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnozu isə 1,3 faizdən 2 faizədək yüksəldib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.