İqtisadiyyat

Rusiya, Azərbaycan və İran arasında nəqliyyatla bağlı vacib müzakirə

17 Aprel 2018 19:56
0 Şərh     Baxış: 575

"Rusiya Dəmir Yolları" İran, Hindistan və Azərbaycanla "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin logistik operatorunun yaradılması məsələlərini müzakirə edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə "Rusiya Dəmir Yolları"nın baş direktorunun müavini Aleksandr Mişarin deyib:

"Biz hazırda belə bir operatorun yaradılması variantlarını müzakirə edirik. Bu, Rusiya-İran hökumətlərarası komissiyasında təqdim edilib. Bu gün biz bununla bağlı iranlı, eləcə də azərbaycanlı həmkarlarımızla danışıqlar aparırıq".

Mişarinin sözlərinə görə, Hindistanla da danışıqlar aparılır.

Qeyd edək ki, "Şimal-Cənub" nəqliyyat dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirməyə, o cümlədən Azərbaycan, İran və Rusiyanın dəmir yollarını birləşdirməyə yönəlib. Birinci mərhələdə, dəhliz vasitəsilə ildə 5 milyon, daha sonra isə 10 milyon tondan çox yük daşınması nəzərdə tutulur.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.