İqtisadiyyat

Kriptovalyutalar ucuzlaşır

17 Aprel 2018 17:08
0 Şərh     Baxış: 791
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün dünya kriptovalyuta bazarında ucuzlaşma qeydə alınıb.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bitkoinin qiyməti 8 min dollardan bir qədər aşağı düşüb.

Belə ki, "CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 1,1% ucuzlaşaraq 7,997 min dollar təşkil edib.

Alternativ kriptovalyutalar da günə ucuzlaşma ilə başlayıb. Belə ki, "Ethereum" 0,77% və ya 506,2 dollaradək, "Ripple" 0,24% (0,66 dollara qədər), "Bitcoin Cash" isə 0,37% (758,41 dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 325,62 milyard dollar təşkil edir. Bu göstəricinin 42%-ə yaxını bitkoinin payına düşür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.