İqtisadiyyat

EXPO 2025-in Bakıda keçirilməsi ilə bağlı təklifin dəyərləndirilməsinə başlanılır - Missiya Azərbaycana gəlir

16 Aprel 2018 14:25
Baxış: 448

Beynəlxalq Sərgi Bürosunun (BIE) tədqiqat missiyası "EXPO 2025" sərgisinin keçirilməsi ilə əlaqədar Bakının müraciətini qiymətləndirmək üçün bu gün Azərbaycana gəlir.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Azərbaycan Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Missiya aprelin 19-dək ölkədə olacaq.

Qeyd edək ki, Azərbaycan "EXPO 2025" beynəlxalq sərgisinin mayın 10-dan noyabrın 10-dək Bakıda keçirilməsi üçün müraciət edib. Azərbaycanın sərgi üçün təqdim etdiyi mövzu "İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması"dır.

Bu tədbirə ev sahibliyi üçün Yekaterinburq və Osaka şəhərlərinin də namizədliyi irəli sürülüb. Tədqiqat missiyası martın 6-8-də Yaponiyada, aprelin 2-4-də isə Rusiyada olub.

Tədqiqat missiyasının yekun rəyi BIE İcraiyyə Komitəsinin may ayında keçirilən iclasında müzakirə olunacaq.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.