İqtisadiyyat

Kriptovalyuta bazarında QİYMƏTLƏR "oynayır" - Bitkoin yenə düşdü

16 Aprel 2018 13:01
0 Şərh     Baxış: 934
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən populyar kriptovalyutası olan bitkoin həftə sonunda qeydə alınan 2 faizlik artımdan sonra bu gün cüzi ucuzlaşıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bitkoinin qiyməti 8 min dollar həddində qalıb.

Belə ki, "CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 0,44% ucuzlaşaraq 8,054 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Belə ki, "Ethereum" 0,78% və ya 507,95 dollaradək ucuzlaşıb, "Ripple" 1,66% (0,65 dollara qədər), "Bitcoin Cash" isə 0,91% (75,75 dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 323,63 milyard dollar təşkil edir. Bu göstəricinin 42%-ə yaxını bitkoinin payına düşür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.