İqtisadiyyat

Fermerlərə yeni texnikalar təqdim olunub - VİDEO

14 Aprel 2018 21:13
0 Şərh     Baxış: 1 581

Çəltikçiliyin inkişaf etdirilməsi məqsədilə ölkəyə yeni texnikalar gətirilib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, texnikalara Yaponiya və Cənubi Koreyanın istehsal etdiyi 10 ədəd özüyeriyən çəltik şitili əkən texnika və 10 ədəd çəltikyığan kombayn, həmçinin kiçik sahələrdə çəltik becərilməsi və istehsalı üçün əl ilə idarə edilən maşınlar daxildir.
Texnikaların əksəriyyəti çəltikçilik üzrə ixtisaslaşmış Lənkəran, Astara və Masallı rayonlarında çəltik istehsalı ilə məşğul olan fermerlərə təqdim edilib.
Fermerlərin sözlərinə görə, bu texnikalar məhsuldarlığı artırmaqla yanaşı, onlara əlavə imkanlar verəcək
Qeyd edək ki, kənd təsərrüfstının müxtəlif sahələrinin inkişaf etdirilməsi məqsədilə bu il 3460 ədəd texnikanın gətirilməsi nəzərdə tutulub ki, həmin texnikaların 1500 ədədi ölkəmizdə istifadədədir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Yeni texnikalar təqdim olunub

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.