İqtisadiyyat

Bitkoin 8 min dolları keçdi

14 Aprel 2018 17:48
1 Şərh     Baxış: 778
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Geosiyasi gərginliyin artması, xüsusilə də Qərb koalisiyasının Suriyaya zərbə endirməsi fonunda kriptovalyuta bazarında artım davam edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bitkoinin qiyməti 8 min dollar həddini keçib.

Belə ki, "CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 2,55% bahalaşaraq 8,010 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiymətində də artım davam edir. Belə ki, "Ethereum" 3,76% və ya 514,6 dollaradək, "Ripple" 5,15% (0,64 dollara qədər), "Bitcoin Cash" isə 1,91% (749,16 dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 320,806 milyard dollar təşkil edir. Bu göstəricinin 42,4%-ə yaxını bitkoinin payına düşür.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.