İqtisadiyyat

Azərbaycan fındığının ixrac coğrafiyası genişləndiriləcək

14 Aprel 2018 09:05
0 Şərh     Baxış: 851

Azərbaycan 2018-ci ildə fındıq istehsalını artırmaq niyyətindədir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasından deyiblər.

Agentliyin həmsöhbətinin sözlərinə görə, Assosiasiya istehsalı 48 faizə yaxın artırmağı planlaşdırır:

"2018-ci ildə biz 60-65 min ton fındıq istehsal etməyi planlaşdırırıq. İxraca gəlincə, bu təkcə istehsalın artımından yox, həm də dünya bazarındakı qiymətlərdən asılıdır. Əgər qiymətlər ucuzlaşmasa, biz ixracatın 10 faiz artımını gözləyirik".

Assosiasiyadan o da bildirilib ki, bu il ixrac coğrafiyasının genişləndirilməsi üzrə iş aparılacaq.

Qeyd edək ki, hazırda Azərbaycan fındığının əsas satış bazarı İtaliya, Rusiya və Almaniyadır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.