İqtisadiyyat

“Bir kəmər-bir yol” təşəbbüsü çox böyük faydalar gətirəcək”

13 Aprel 2018 14:37
0 Şərh     Baxış: 429

Bu gün bir çox ölkələrin diqqət mərkəzində olan "Bir kəmər-bir yol" təşəbbüsü bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, bu layihə bütün iştirakçı ölkələr, eləcə də digər maraqlı tərəflər üçün fayda gətirəcək.

Milli.Az xəbər verir ki. bunu report-a açıqlamasında Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili deyib.

Nazir bildirib ki, bu gün Cənubi Qafqaz regionunda bir sıra vacib layihələr həyata keçirilir. İnkişaf etmiş və dünyanın digər aparıcı dövlətləri bu layihələrin gələcəyinə inanırlar. Həmin dövlətlər "Bir kəmər-bir yol" təşəbbüsünün də əhəmiyyətini görürlər. Onlar da bu təşəbbüsün regional əməkdaşlıq, infrastruktur və ölkələr arasında nəqliyyat əlaqələrinin inkişafına töhfə verəcəyinə inanırlar.

"Bir kəmər-bir yol" təşəbbüsü bütün iştirakçılar üçün yeni iş yerlərinin yaradılması, biznes və sosial rifah üçün yeni imkanlar açacaq. Böyük investisiyalar tələb edən bu təşəbbüs qanunvericiliyin yaxınlaşdırılması ilə yanaşı gömrük prosedurlarını da sadələşdirəcək", - deyə Kumsişvili vurğulayıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.