İqtisadiyyat

Azərbaycan-İran birgə avtomobillərinin QİYMƏTLƏRİ açıqlandı

5 Aprel 2018 16:32
3 Şərh     Baxış: 6 348
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Neftçala sənaye zonasında yerləşən "Xəzər" Azərbaycan-İran birgə avtomobil zavodunda istehsal olunan avtomobillərin qiyməti 14-16 min arasında olacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu zavodun müştərək sahiblərindən olan "AzerMash" şirkətinin nümayəndəsi Emin Axundov deyib.

E. Axundovun szölərinə görə, zavodda daha bahalı avtomobillərin də istehsalı planlaşdırılıb. E.Axundov qeyd edib ki, bu avtomobil modellərinin qiyməti isə 18-20 min manat arasında dəyişəcək.

Qeyd edək ki, zavodda "Khazar" markalı avtomobillər, gələcəkdə isə "Renault" və "Peugeot"un bir sira modelləri istehsal ediləcək.

Zavodun istehsal gücü ildə 10000 avtomobil təşkil edir. Gələcəkdə istehsal edilən həmin avtomobillərin Ukrayna, Rusiya və Mərkəzi Asiya ölkələrinə tədarük ediləcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.