İqtisadiyyat

ABŞ-da dollarla bağlı VACİB QƏRAR qəbul edilib

21 Mart 2018 22:20
3 Şərh     Baxış: 6 910
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb.

Milli.Az APA-ya istinadən bildirir ki, proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 1,5- 1,75%-dək  artırıb.

Qeyd edək ki, bundan əvvəl FED  dekabrın 13-də uçot dərəcəsini artırıb. O zaman FED uçot dərəcəsini 0,25%  - 1,25% səviyyəsindən 1,50%-dək artırıb.

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.Ümimiyyətlə, FED 2007-2008-ci ildən sonra yalnız bir dəfə uçot dərəcəsini qaldırıb.

Milli.Az bildirir ki, uçot dərəcəsinin artırılması dolların məzənnəsinin möhkəmlənməsinə birbaşa təsir edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.