İqtisadiyyat

“Cənub Qaz Dəhlizi” Azərbaycanın dünyada rolunu gücləndirəcək

20 Mart 2018 14:27
Baxış: 769
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması Azərbaycanın sosial-iqtisadi inkişafına töhfə verəcək və enerji ehtiyatlarının tədarükçüsü qismində ölkənin rolunu gücləndirəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanda Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov deyib.

S.Bağırovun sözlərinə görə, layihənin Azərbaycan üçün əhəmiyyəti ilk növbədə qaz satışından gözlənilən gəlirlərdədir: "Yanacağın hasilatı və nəqli prosesi həmçinin ölkə vətəndaşlarının məşğulluğunun təmin olunması və iqtisadiyyatın real sektoruna, bank sisteminə və digər sahələrə müsbət effektlər baxımından vacibdir".

İqtisadçı əlavə edib ki, layihə Azərbaycanın geosiyasi maraqları baxımından da əhəmiyyət daşıyır. Öz növbəsində, Gürcüstan və Türkiyə üçün də layihə tranzit gəlirlərinin və enerji təhlükəsizliyi səviyyəsinin artmasını ifadə edir.

Cənubi Avropa ölkələrinə gəldikdə isə, S.Bağırov vurğulayıb ki, onlar enerji ehtiyatlarının idxalının diversifikasiyasını, bununla da enerji təhlükəsizliyini təmin edəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.