İqtisadiyyat

Gürcüstandan Azərbaycana avtomobil idxalı artıb

19 Mart 2018 11:40
0 Şərh     Baxış: 1 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycana 16 mln. 116.0 min dollar dəyərində 876 ədəd avtomobil idxal edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Stastika İdarəsinin məlumatında deyilir.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 754 ədəd və ya 7,18 dəfə çoxdur. Məbləğ baxımından isə 12 mln. 963,1 min dollar və ya 5,11 dəfə çoxdur.

Qeyd edək ki, 2017-ci ilin yanvar-fevral ayları ərzində Gürcüstandan xarici ölkələrə 3 mln. 152,9 min dollar dəyərində 122 ədəd avtomobil göndərilib.

Ümumilikdə isə ötən iki ay ərzində Gürcüstandan Azərbaycan 37 mln. 979.5 min dollar dəyərində avtomobil ixrac edilib. Bu isə Gürcüstanın ümumi ixracının 8,5%-nə bərabərdir. 2017-ci ilin yanvar-fevral aylarında bu rəqəm 19 mln. 319.8 min dollar dəyərində olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.