İqtisadiyyat

Ruhani: "Azərbaycan və İran Rəşt-Astara dəmir yoluna birgə qoyuluşlara dair saziş imzalayacaq"

19 Mart 2018 08:29
0 Şərh     Baxış: 1 103
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan və İran Rəşt-Astara dəmir yoluna sərmayə qoyuluşuna dair saziş imzalayacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın prezidenti Həsən Ruhani bildirib.

"Azərbaycana səfərim çərçivəsində Rəşt-Astara dəmir yoluna birgə sərmayələrin qoyuluşuna dair saziş imzalanacaq", deyə ruhani bildirib.

Xatırladaq ki, Martın sonunda İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri gözlənilir. Səfər çərçivəsində H.Ruhaninin Naxçıvan Muxtar Respublikasına və Neftçalaya gedəcəyi də gözlənilir.

Xatırladaq ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən, Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsilə birləşdirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.