İqtisadiyyat

Azərbaycan neftinin SON QİYMƏTİ

15 Mart 2018 23:21
Baxış: 1 191
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 14-də 65,78 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,07 dollar/barel azdır. Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti martın 14-də 65,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,06 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 14-də 60,47 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,07 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə martın 14-də 63,46 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,63 dollar/barel azdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.