İqtisadiyyat

Azərbaycan neftinin SON QİYMƏTİ

14 Mart 2018 23:11
0 Şərh     Baxış: 963
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 13-də 65,85 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,2 dollar/barel azdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti martın 13-də 65,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,2 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 13-də 60,54 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,28 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə martın 13-də 64,09 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,34 dollar/barel azdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.