İqtisadiyyat

Halallıq sertifikatı təhlükəsizlik göstəricisi deyil - Qoşqar Təhməzli - VİDEO

14 Mart 2018 21:17
0 Şərh     Baxış: 673

"Bu gün "halal" məhsulları standartlarının verilməsi ilə bağlı əhali və sahibkarlar arasında yanlış fikir formalaşıb". Bunu Qida təhlükəsizliyi agentliyinin sədri Qoşqar Təhməzli deyib. Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum ərzaq məhsullarına halallıq sertifikatı verməyəcək.

"Halal standartının olması təhlükəsizlik göstəricisi deyil". Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qurumun yeni loqosunun təqdimatı mərasimində deyib. O, rəhbərlik etdiyi təşkilatın ərzaq məhsullarına halal sertifikatı verməyəcəyini də açıqlayıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Qoşqar Təhməzlinin sözlərinə görə, məhsulun üzərindəki halallıq nişanına istehsalçı özu məsuliyyət daşıyır.

Qida Təhlükəsizliyi Agentliyinin sədri onu da bildirib ki, məhsulların çeşidlənməsinə görə sertifikatlaşma olmayacaq. İstehsal müəssisələri qida təhlükəsizliyi agentiliyinin qeydiyyatından keçəcəklər. Əhalinin həyatını risk altına atan qidalardan danışan Qoşqar Təhməzli deyib ki, ən təhlükəli məhsullar heyvan mənşəlidir.

Agentliyin sədri Azərbaycanda qida məhsulları, o cümlədən onların saxlanıldığı anbarlar, daşınma qaydaları və satış yerləri ilə bağlı yeni standartların hazırlanacağını da bildirib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Halallıq sertifikatı təhlükəsizlik göstəricisi deyil

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.