İqtisadiyyat

Azərbaycanda ətin qiyməti endi - 9 manat 50 qəpik - VİDEO

14 Mart 2018 21:13
2 Şərh     Baxış: 2 084

Bəzi mağazalarda novruz bayramı münasibəti ilə ətin qiyməti endirilib. Ətin hər kiloqramında 1 manat- 1 manat 50 qəpik endirim var. Satıcılar bildirirlər ki, qiymət dəyişikliyindən sonra alıcılar da bir neçə dəfə artıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, paytaxtdakı bəzi mağazalarda ətin qiyməti endirilib. Dana əti müştərilərə 9 manat 50 qəpiyə, quzu əti isə 12 manata təklif olunur.

Satıcılar deyirlər ki, ətin qiymətini Novruz bayramı münasibəti ilə aşağı salıblar. Dana ətində 1 manat, quzu ətində isə 1 manat, 1 manat 50 qəpik fərq var.

Satıcıların sözlərinə görə, heyvanların bəzilərini rayonlarda özləri yetişdirirlər. Dükan icarə olmadığı üçün bəzi hallarda əti alış qiymətinə satmaq da onları ziyana salmır. Qiymət endiriləndən sonra alıcıların sayı da bir neçə dəfə artıb.

Ətin qiymətində endirimin edilməsi alıcıların da ürəyincədir.

Satıcılar əti bayramdan sonra da xeyli müddət bu qiymətə satacaqlarını bildiriblər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda ətin qiyməti endi

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Binəqədi 8-ci mkrn. sakini · 14 Mart 23:2200

    Bizim kiçilmiş bazarda-"Azadlıq prospekti" m.st. üstündə çoxdan mal ətinin bir kilograramı 8,5 manatdır.

    Cavab yaz
  • Anonim
    Inna · 15 Mart 18:5310

    Bu memurlarin olkeden xeberi yoxdu guya evvel nece idiki bahalasdiqdan sonra olan qiymetdi da harasi ucuzlasib. Bunlar ucun bu pul deyil. Yaziqlar

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.