İqtisadiyyat

Azərbaycan və Belarus lift və generatorların birgə istehsalına başlaya bilər

14 Mart 2018 14:25
1 Şərh     Baxış: 672

Azərbaycan və Belarus lift və generatorların birgə istehsalı imkanını müzakirə edirlər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov "Belarus seqodnya" portalında dərc olunan məqaləsində bildirib.

Səfir qeyd edib ki, birgə zavodun Azərbaycanda tikiləcəyi nəzərdə tutulur.

Maşınqayırma sahəsində əməkdaşlığa nümunə kimi L.Qəndilov Minsk Traktor və Avtomobil zavodlarının traktor və digər məhsullarının yığımının həyata keçirildiyi Azərbaycan və Belarus birgə müəssisəsi - Gəncə Avtomobil Zavodunu göstərib:

"Bu zavodun məhsullarının üçüncü ölkələrin, həmçinin Gürcüstan və Yaxın Şərq ölkələrinin bazarlarına çıxarılması məsələsinə baxılır. Hazırda Türkiyədə Gəncə Avtomobil Zavodunun filialı tikilir".

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Ramin Eliyev · 14 Mart 14:3100

    elaaa. beyenilsin. men isterdim hec olmasa inkisaf eleyen olkelerinde zavodlari burada acilsin. almaniya, fransa, italiya kimi.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.