İqtisadiyyat

Bakıda İpək Yoluna Dəstək Qrupunun konfransı keçirilir - VİDEO

13 Mart 2018 21:12
0 Şərh     Baxış: 567
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda daha bir mötəbər beynəlxalq konfrans keçirilir. Konfrans ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupu tərəfindən, "İpək yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu" mövzusunda təşkil edilib. Tədbirdə Azərbaycanın beynəlxalq nəqliyyat şəbəkəsinin inkişafına verdiyi töhfə yüksək qiymətləndirib. Bildirilib ki, Azərbaycan ipək yolunun işlək olması üçün praktik addım atan ölkədir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, layihələrin icrasi üçün dayanıqlı siyasi və makroiqtisadi sabitlik təmin olunmalıdır. Azərbaycan bu sahədə artıq özünü doğruldub.Bunu ATƏT Parlament Assambleyasının "ipək yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransında xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Nazir qeyd edib ki, məqsəd Azərbaycanı yeni logistika qovşağı kimi təbliğ etməkdir. İpək yoluna dəstək qrupu önəmli təşəbbüsdür. Qrup nə qədər fəal olsa, daha da böyüyə bilər. Bu, regional infrastruktur sahəsində vacib platformadir və nəqliyyat dəhlizlərinin güclənməsi üçün vacib rol oynayir"-deyə nazir vurğulayıb.

Millət Məclisin sədr müavini, Azərbaycanin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın sözlərinə görə, Azərbaycanın təsəbbüsü ilə İpək Yoluna Dəstək Qrupunun yaradılması istiqamətində çox böyük işlər görülüb. Biz İpək Yolunun işlək yola çevrilməsi üçün praktik addım atan ölkəyik.

ATƏT Parlament Assambleyasinin sədri Georgi Tsereteli çıxışında bildirib ki, İpək yolu ideyasi irəli sürüldükdən sonra bir çox ATƏT ölkəsi bu ideyaya dəstək verib və layihəyə qosulmaq qərarina gəlib. O qeyd edib ki, iqtisadi əməkdasliq da ATƏT-in prioritetləri sirasındadır. Sədr Azərbaycanın beynəlxalq nəqliyyat infrastrukuturunun genişlənməsində oynadığı rolu yüksək qiymətləndirib

Ermənistan Azərbaycan, Dağlıq Qarabağ Münaqişəsinə toxunan Georgi Tsereteli ATƏT-in Minsk qrupunun səylərini dəstəklədiyini deyib. Münaqişənin sülh yolu ilə həlli bizim ən əsas məqsədimizdir-deyə sədr vurğulayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda İpək Yoluna Dəstək Qrupunun konfransı keçirilir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.