İqtisadiyyat

Sumqayıtda yeni dəniz limani tikilir - VİDEO

13 Mart 2018 21:11
2 Şərh     Baxış: 937

Sumqayıt şəhərində sosial infrastruktur layihələri uğurla icra olunur. Şəhərin dənizkənarı bulvar ərazisində gəmi limanının tikintisi artıq yekunlaşıb. Yaxın vaxtlarda limana səyahət üçün yeni gəmi gətiriləcək.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Sumqayıt sakinləri gəmi ilə dəniz səyahətinə çıxa biləcəklər. Bunun üçün Dənizkənarı bulvar ərazisində yeni estakada qurulub.

Bu bulvarın digər parklardan fərqli olaraq çimərliyə birbaşa çıxışı var. Sahəsi 12 hektar olan çimərlik zonasında istirahət üçün hər cür şərait yaradılıb.

Dəniz limanının dalğalardan qorunması üçün sahilbərkitmə işləri göürülüb. Limanın əsas hissəsi 700 diametrli borulardan ibarətdir. Ərazidə istinad divarları çəkilib.

Yeni dəniz limanının tikilməsi sakinlərin də ürəyincə olub. Dəniz limanının tezliklə istifadəyə verilməsi nəzərdə tutulub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sumqayıtda yeni dəniz limani tikilir

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    SG · 14 Mart 02:4820

    Bəli Son illərdə Sumqayıt həqiqətəndə abadlaşıb , gözəlləşib bu danılmaz bir faktdır.Amma kaş ki,bu yollarında təmirinə bir baxan ola,ən əsasıda bağlayıb milləti yarı yolda qoyduqları marşurutları bərpa edən tapıla .Ən azından sakinləri düşünürlərsə bunları etməlidilər

    Cavab yaz
  • Anonim
    SG · 14 Mart 06:4220

    Bəli son illərdə Sumqayıt gün-gündən gözəlləşib,abadlaşıb ,bu danılmaz faktdır .Amma kaş ki ,bu gözəlliyə xələl gətirən , bərbad yollara da bir baxan olsa, bağlayıb milləti yollarda qoyduqları marşurut xətlərini bərpa edən biri tapılsa dahada gözəl olardı.Ən azından bunu sakinləri həqiqətən fikirləşirlərsə edərlər

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.