İqtisadiyyat

Monteneqro İpək Yolu marşrutunun inkişafına real dəstək verəcək

13 Mart 2018 11:58
Baxış: 863
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Monteneqro İpək Yolu marşrutunun inkişafına zəruri töhfə verəcək".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransında Monteneqro parlamentinin sədri İvan Brayoviç deyib.

İ.Brayoviç bildirib ki, Monteneqro bu marşrutun inkişafına real dəstək verəcək:

"Biz İpək Yolu marşrutunun iştirakçıları üçün əlverişli şərait yaratmaq üzərində işləyəcəyik".

Onun sözlərinə görə, Bakıda keçirilən konfrans virtual məqsədləri təqib etməyəcək:

"Yaxın vaxtlarda layihə tərəfləri əməkdaşlığın səmərəsini görəcəklər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.