İqtisadiyyat

Azərbaycan neftinin SON QİYMƏTİ

12 Mart 2018 23:15
0 Şərh     Baxış: 1 042

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 66,61 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 1,33 dollar/barel çoxdur. Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 65,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,32 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 61,47 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,34 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 65,32 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,3 dollar/barel çoxdur.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.