İqtisadiyyat

Azərbaycan-Hindistan birbaşa aviareysi açılacaq

12 Mart 2018 17:53
1 Şərh     Baxış: 948
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan və Hindistan birbaşa aviareysin açılmasını müzakirə edir.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu mətbuat konfransında Hindistanın Azərbaycandakı səfiri Sancay Rana deyib.

Səfir bildirib ki, bununla əlaqədar sabah Bakıya Hindistandan nümayəndə heyəti gələcək və "Azərbaycan Hava Yolları" QSC ilə danışıqlar keçirəcək:

"Birbaşa reyslər ölkələr arasında turist axınının artmasına və işgüzar münasibətlərin inkişafına xidmət edəcək. Bu istiqamətdə danışıqlar aparılır. Amma hələ ki bu, başlanğıc səviyyədədir".

Qeyd edək ki, bir müddət əvvəl səfir Trend-ə açıqlamasında müntəzəm aviareyslərlə yanaşı kommersiya reyslərinin də işə salınması imkanının müzakirə olunduğunu bildirmişdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.