İqtisadiyyat

Artımlar təsadüfi xarakter daşımır - Səlim Müslümov - VİDEO

10 Mart 2018 20:56
Baxış: 2 125

"Artımların edilməsi təsadüfi xarakter daşımır. Minimum əmək haqqı, ehtiyac meyarı, pensiyalar, təqaüdlər, sosial müavinətlər və əməkhaqları müəyyən sistem şəklində öncədən təhlil edilərək artırılıb".

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "Xəzər Xəbər"ə açıqlamasında deyib.

Artımla bağlı bu günə qədər 23 müxtəlif rəsmi sənəd imzalanıb ki, bu sənədlərin icrasına il ərzində 600 milyon manatın xərclənməsi nəzərdə tutulub.

Səlim Müslümov qeyd edib ki, yanvar ayı ərzində MDB məkanı üzrə Azərbaycanda inflyasiya müşahidə olunmayıb. Bu isə o deməkdir ki, həyata keçirilən artımlar real gəlirlərin təmin edilməsinə hesablanıb.

Səlim Müslümov bildirib ki, bu gün Azərbaycanda həyata keçirilən bütün sosial layihələr iqtisadi bazaya malikdir. Buna görə də bu layihələri reallaşdırmaq və vətəndaşlara gəlir qazandırmaq mümkün olur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Artımlar təsadüfi xarakter daşımır

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.