İqtisadiyyat

Bərdədə yerkökü yığımı başlayıb - məhsuldarlıq iki dəfə artıb - VİDEO

10 Mart 2018 19:03
0 Şərh     Baxış: 1 034
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdə rayonunda yerkökü sahələrində məhsul yığımına start verilib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bir müddət əvvəl əkini aparılan sahələrdən bol məhsul yığılır.
Bu il Bərdədə 1000 hektardan çox ərazidə yerkökü əkilib. Ötən illə müqayisədə bu il məhsuldarlıq iki dəfə artıq olub. Məhsulun bol olması isə qiymətlərin aşağı düşməsinə gətirib çıxarıb. Bu vəziyyət alıcıları qane etsə də, kənd sakinlərinin ürəyincə deyil.

Bir hektar sahədən 25-30 ton məhsul əldə etdiklərini deyən kənd sakinləri alıcılıq qabiliyyətinin aşağı olmasından gileylənirlər.

Kəndlilər məhsulun ucuz olmasına səbəb kimi ölkəmizə xaricdən yerkökü idxal edilməsini göstərirlər. Buna baxmayaraq, kəndlilər çətinliklə də olsa, əl əməyindən istifadə edərək məshulu sahədən yığırlar.

Hazırda yerkökünün 1 kq-nın sahədən topdansatış qiyməti 20 qəpikdir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bərdədə yerkökü yığımı başlayıb - məhsuldarlıq iki dəfə artıb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.