İqtisadiyyat

Dövlət təşkilatlarında əməyin ödənişi sisteminə yenidən baxıla bilər

10 Mart 2018 08:20
2 Şərh     Baxış: 3 241

Azərbaycanda 2018-ci ilin iyul ayınadək büdcədən maliyyələşən təşkilatlarda tətbiq olunan əməyin ödənişi sisteminə yenidən baxılması ilə bağlı təkliflərin hazırlanması nəzərdə tutulur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu, Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti üzrə hesabatında öz əksini tapıb.

Hesabatda bildirilir ki, həmin müddətədək əməkhaqqının məbləğində iqtisadi risklərin təsirlərini və əməyin keyfiyyəti parametrlərini nəzərdə tutan vahid və çevik əməyin ödənişi sisteminin yaradılması ilə bağlı təklilfərin hazırlanması da planlaşdırılır.

Hazırda Azərbaycanın dövlət orqanlarında (Azərbaycanın xaricdə olan diplomatik nümayəndəlikləri, konsulluqları və digər orqanların nümayəndəlikləri istisna olmaqla) işləyən dövlət qulluqçularının aylıq vəzifə maaşlarının minimum məbləği inzibati vəzifələr üçün 250 manat, yardımçı vəzifələr üçün isə 150 manatdır.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Elshan · 10 Mart 09:2250

    150-250 manata nece lazimdi yashamaq olar da. Toya, yasa, hekime getmeye artiqlamasiyla besdir. Yemek, geyim olmasa da olar.

    Cavab yaz
  • Anonim
    Mike · 10 Mart 16:5620

    Gözlüyək iyulu.Bunun da yalan söhbət olduğunu əminliklə bilirəm. O qədər belə vədlər verirlər ki

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.