İqtisadiyyat

Yapı Kredi-də endirimli kreditlər dövrü başladı

7 Mart 2018 11:30
Baxış: 1 659
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yapı Kredi Bank Azərbaycan kredit məhsulu üzrə faizlərə endirim etmiş və müxtəlif istehlak krediti məhsullarını müştərilərinə təqdim edir. Bankdan aldığımız məlumata görə, istehlak krediti üzrə illik faiz dərəcələri 18%-dən, effektiv faiz dərəcəsi isə 10%-dən başlayır. Digər bir maraqlı məqam isə kreditlərin maksimum məbləğinin olmamasıdır. Yəni, müştərilər istənilən məbləğdə fərdi ehtiyac krediti üçün banka müraciət edə bilərlər. Kreditin maksimum müddəti 36 aydır. Məhsullarla bağlı məlumatı aşağıda diqqətinizə çatdırırıq.

İstehlak Krediti, Kimlər Üçün?

İllik % dərəcəsi

FİFD

Zamin

Girov

Neft-Qaz Sahəsində çalışanlar

20%

21.10%-dən başlayaraq

Tələb Edilmir

Tələb Edilmir

IT və Telekommunikasiya sahəsində çalışanlar

20%

21.10%-dən başlayaraq

Tələb Edilmir

Tələb Edilmir

Əmək Haqqını Yapı Kredi-dən Alanlar

18%

19.10%-dən başlayaraq

Tələb Edilmir

Tələb Edilmir

Təkrar Müştərilər

20%

21.10%-dən başlayaraq

Tələb Edilmir

Tələb Edilmir

Yeni Müştərilər

24%

25.14%-dən başlayaraq

Tələb Edilmir

Tələb Edilmir

KİMLƏR MÜRACİƏT EDƏ BİLƏRLƏR?

Yapı Kredi Bank Azərbaycanın istehlak kredit məhsulundan Neft-Qaz, IT və Telekommunikasiya sahəsində çalışanlar, Əmək haqqını Yapı Kredi-dən alanlar, Bankın təkrar müştəriləri və digər bütün yeni müştərilər istifadə edə bilərlər. Bunun üçün şəxsiyyət vəsiqəsi və iş yerindən arayışla bankın filiallarına müraciət edə bilərlər. (https://www.yapikredi.com.az/az/filiallar) Krediti online da sifariş etmək mümkündür. Online sifariş üçün müvafiq linkə klik etmək gərəklidir. https://www.yapikredi.com.az/az/kredit-sifarisi.

Məhsulla bağlı ətraflı məlumatı www.yapikredi.com.az ünvanından və ya 24/7 fəaliyyət göstərən *0444 Yapı Kredi Telefon Mərkəzindən əldə etmək mümkündür.

Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycan dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı UniCredit (İtalya) və Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq xidmətləri ilə xidmət verməkdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.