İqtisadiyyat

Unibank 2020-ci ilədək Milli komandamıza dəstək verəcək

5 Mart 2018 16:12
Baxış: 908
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Unibank daha bir layihəyə imza atdı. Bank 2020-ci ilədək Güllə atıcılığı üzrə milli paralimpiya komandasına dəstək olacaq. 2020-ci il Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarında  Güllə atıcılığı üzrə milli paralimpiya komandasının üzvlərinin də iştirakı nəzərdə tutulur. Qarşıdakı 3 ildə Güllə atıcılığı üzrə milli paralimpiya komandasının yerli və beynəlxalq oyunlarda rəsmi tərəfdaşı olan Unibank, komandanın inkişafına da dəstək verəcək. 3 illik rəsmi tərəfdaşlıqla bağlı "Unibank" KB və Milli Paralimpiya Komitəsinin rəhbərliyi arasında müqavilə imzalanıb.

Unibank-ın bu addımı özəl şirkətlərin korporativ sosial məsuliyyət sahəsində fəaliyyəti üçün çox yaxşı və öyrənilməli bir nümunədir. Bunu imzalanma mərasimində Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov bildirib: "Biz bu böyük dəstəyə görə Unibank-a təşəkkür edirik. İnanırıq ki, bu əməkdaşlıq Güllə atıcılığı üzrə milli paralimpiya komandasının daha böyük uğurlara imza atmasına imkan verəcək. Güllə atıcılığı üzrə milli paralimpiya komandası bizim ən güclü komandalarımızdan biridir. Hətta ilk paralimpiya medalını da bizə güllə atıcılarımız gətirib".

Belə bir güclü komandanın oyunlarına dəstək vermək bizim üçün də sevindiricidir deyən "Unibank" KB İdarə Heyətinin sədri Faiq Hüseynov, bankın KSM layihələr üzrə uzun illərə dayanan bir təcrübəsi olduğunu xatırladıb: "Unibank uzun illər futbolun inkişafına dəstək olub, idman, mədəniyyət və digər sahələrdə layihələrin iştirakçısı olmuşuq.  Biz çox şadıq ki, belə mühüm bir layihənin də rəsmi tərəfdaşı olduq. İnanırıq ki, qarşıdakı 3 ildə Güllə atıcılığı üzrə milli paralimpiya komandamız bir çox beynəlxalq yarışların qalibi olacaq və bank olaraq biz də onların yanında olacağıq".

Güllə atıcılığı üzrə milli paralimpiya komandasının baç məşqçisi Əkbər Muradov  da Unibank-ın bu qərarının bütün komanda üzvlərini çox sevindirdiyini və onlarda böyük ruh yüksəkliyi yaratdığını bildirib: "Bu dəstək komandamızın qələbə  əzmini daha da artıracaq və daha böyük nailiyyətlərə imza atacağıq. Komandamız adından bu böyük dəstək üçün Unibank-a minnətdarıq".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.