İqtisadiyyat

Azərbaycan dizelin ucuzluğuna görə MDB və Avropada 1-ci yerdədir

24 Fevral 2018 08:20
6 Şərh     Baxış: 1 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan dizel yanacağının qiymətinin ucuzluğuna görə dünyada ilk onluğa daxildir. Ölkə dizel yanacağının ucuzluğuna görə, dünyanın 167 dövləti arasında 9-cu yerdə qərarlaşıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu məlumatlar "Global petroleum prices" beynəlxalq reytinq agentliyinin sonuncu reytinqində yer alıb.

Agentliyin saytında qeyd olunur ki, Azərbaycanda dizel yanacağının 1 litrinin qiyməti 35 sentdir. Ölkə bu yanacaq növünün ucuzluğuna görə, Avropa və MDB dövlətləri arasında 1-ci yeri tutur.

Dizelin dünyada orta qiyməti 1 dollar 4 sent təşkil edir. Dünyada dizelin ən ucuz qiyməti Venesueladadır.

Ən bahalı dizel isə İslandiyadadır. Bu ölkədə dizelin 1 litrinin qiyməti 2 dollar 2 sentdir.

Bundan başqa, reytinqə əsasən Azərbaycan ən ucuz benzinlə dünyada 167 ölkə arasında 24-cü yeri tutur. Dünyada benzinin orta qiyməti 1 dollar 15 sentdir. Bu siyahıya da Venesuela başçılıq edir. Bu ölkədə benzinin 1 litrinin qiyməti 1 sentdir.

Dünyada ən bahalı benzin İslandiyadadır. Bu ölkədə benzinin 1 litrinin qiyməti 2 dollar 10 sentdir.

"Global petroleum prices" beynəlxalq reytinq agentliyi hər ay ölkələrin yanacaq-sürtkü materiallarının ən aşağı qiymətləri ilə reytinqini təşkil edir. Analiz üçün yüksək oktan benzin və dizel yanacağının qiymətlərindən istifadə olunur. Reytinqdə dünyanın 167 ölkəsinin göstəriciləri təhlil edilir.

Agentliyin məlumatlarından Beynəlxalq Valyuta Fondunun, həmçinin analitik agentliklərin hesabatlarında istifadə olunur. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.