İqtisadiyyat

Daha bir ölkədə kriptovalyuta reklamları qadağan olundu

24 Fevral 2018 22:25
0 Şərh     Baxış: 784
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa qiymətli kağızlar bazarının tənzimləyici təşkilatı "Autorité Des Marchés Financiers"-dən (AMF) verilən açıqlamada kriptovalyuta məhsullarının Avropa Birliyinin yanvar ayında təşkil etdiyi maliyyə islahatlarına görə tənzimlənəcəyini bildirilib.

Tənzimləmənin əsas səbəbi bu tipli məhsulların elektron mühitdə reklamının aparılmaması ilə bağlıdır. AMF də intertetdəki kriptovalyuta məhsulları reklamlarının qanuni olmadığını qeyd edib.

Milli.Az banco.az-a istinadən bildirir ki, AMF-nin göndəriş etdiyi Avropa Birliyinin təlimatına (MiFID 2) görə variantlar, müddətli əməliyyatlar, əsas aktivlər və bu qəbildən olan varlıqlar necə tənzimlənirsə, digərləri də o cür tənzimlənməlidir. Bir çox onlayn kriptovalyuta əməliyyatı platforması xidmətlərinə ikili dəyişən variantları, valyuta mübadiləsi müqavilələri (CFD) və forex müqavilələri əlavə etdi. bu əməliyyatlar Bitcoin ilə həyata keçirildi. Bununla da AMF kriptovalyutaları həm bir növ məhsul, həm də əsas aktiv kimi dəyərləndirdi.

"Bloomberg"-in xəbərinə görə, ölkədə fəaliyyət göstərən "Plus500 Ltd", və "IG Group Holdings Plc." şirkətləri kriptovalyuta məhsulları təklif edirlər. "Plus500"-ün sözçüsü Kelsi Treynor şirkətin bütün valyuta mübadiləsi müqavilələrinin AMF-nin təlimatlarına uyğun olduğunu söyləyib.

2017-ci ilin dekabrında fransız hökuməti maliyyə texnologiya şirkətlərinin və bankların blockchain əsaslı platformlardakı qiymətli kağızlarla əməliyyat edə biləcəyini açıqladı. Bunun məqsədi, əlbəttə ki, "Fransanın maliyyə texnologiyası cənnəti" olduğunu göstərməkdir.

2018-ci ilin yanvar ayında isə Fransanın İqtisadiyyat naziri Bruno Le Mer maraqlı bir qərar verdi: 4 il əvvəl Bitcoin-i "müasir dövrün laləsi" kimi dəyərləndirən "Müsyö Bitcoin" ləqəbli Jan-Piyer Landau kriptovalyutalarla həyata keçirilən cinayətlərin qarşısını almaq üçün yaradılan qrupun rəhbəri təyin olundu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.