İqtisadiyyat

Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

23 Fevral 2018 13:07
0 Şərh     Baxış: 579
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2017-ci ildə Azərbaycan Türkiyəyə 6,54 milyard kubmetr qaz tədarük edib.

Milli.Az xəbər verir ki,Trend bu barədə Türkiyənin Enerji Bazarlarının Nizamlanması İdarəsinin hesabatına istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, 2016-cı ildə bu göstərici 6,48 milyard kubmetrə bərabər idi.

Ötən il Türkiyə 55,2 milyard qaz idxal edib ki, ondan 44,43 milyardı boru kəmərləri, 10,76 milyard kubmetri mayeləşdirilmiş təbii qaz idxalının payına düşüb.

Türkiyənin təbii qaz idxalında Azərbaycanın payı 11,9 faiz təşkil edib.

Qeyd edək ki, Türkiyə Azərbaycandan Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsilə qaz idxal edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.