İqtisadiyyat

"Muğanbank"da bir əmanət, iki kart

23 Fevral 2018 12:00
Baxış: 1 122
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"MuğanBank" ASC yeni kampaniyaya start verir. "MuğanBank" ASC-də əmanət yerləşdirən müştərilərə, əmanət məbləğindən asılı olaraq UnionPay Classic, UnionPay Platinum, UnionPay Gold, UnionPay Diamond plastik kartlarından hər hansı biri hədiyyə olunacaq. Qeyd edək ki, müştərilərə, əlavə olaraq, faizləri götürmək üçün Visa Electron plastik kartı da təqdim olunur. Bu kartlarla onlayn alış-veriş etmək, ölkə ərazisində və xarici ölkələrdə müxtəlif ödənişlər aparmaq, eləcə də bir çox elektron bank xidmətlərindən faydalanmaq olar. Plastik kart sahibləri, bank tərəfindən təklif edilən "Card to Card", "SMS notification", "Mobilbank", "İnternet Banking", "Pin Change", "Cash By Code" kimi xidmətlərdən də geniş istifadə edə bilərlər.

Kampaniya 22.02.2018 -ci il tarixindən 19.03.2018-ci il tarixinə kimi davam edəcək.

Depozitin məbləği

Hədiyyə olunan kart növü

Kartın müddəti

1000-5000 AZN

UPİ Classic

2 il

5001-20 000 AZN

UPİ GOLD

2 il

20 001- 50 000 AZN

UPİ PLATİNUM

2 il

50 001 AZN dən yuxarı məbləğlər

UPİ DİAMOND

2 il

Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan  "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 42 filialı və 9 şöbəsi, müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusiness Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund, Southeast Europe (GGF), Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə, və ya www.muganbank.az saytına, həmçinin https://www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl  facebook səhifəsinə keçid ala bilərsiniz.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.