İqtisadiyyat

Azərbaycan nefti bahalaşıb

22 Fevral 2018 23:06
0 Şərh     Baxış: 734
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 21-də 66,54 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,24 dollar/barel çoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 21-də 65,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,22 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 21-də 61,62 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,19 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə fevralın 21-də 64,76 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,43 dollar/barel çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.