İqtisadiyyat

Azərbaycan avtomobil sənayesinin inkişafı üçün əlverişli məkandır - İranlı nazir

22 Fevral 2018 21:29
Baxış: 2 047
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan avtomobil sənayesinin və ehtiyat hissələri istehsalının inkişafı üçün əlverişli məkandır.

Milli.Az bildirir ki, bunu Trend-in İrandakı müxbirinə bu ölkənin sənaye, mədənlər və ticarət naziri Məhəmməd Şəriətmədari deyib.

Nazir bildirib: "Mən hesab edirəm ki, bu sahələr Azərbaycanda inkişaf edə bilər".

M.Şəriətmədari həmçinin Azərbaycanda tezliklə avtomobil istehsalı üzrə İran-Azərbaycan birgə müəssisəsinin açılacağına ümidvar olduğunu deyib.

Qeyd edək ki, bu ilin birinci rübündə Neftçala sənaye məhəlləsində İran-Azərbaycan birgə avtomobil zavodunun açılması gözlənilir. Müəssisənin həmtəsisçiləri "Iran Khodro" və "Azeurocar" şirkətləridir.

Bu zavodda "Dena", "Rana", "Soren", "Samand" avtomobil markaları, həmçinin "Peugeot"nun bir sıra modellərinin buraxılışı gözlənilir. Layihə 24 milyon manat dəyərləndirilir, zavodun illik gücü isə təqribən 10 min avtomobil təşkil edəcək. Gələcəkdə bu avtomobillərin Ukrayna, Rusiya və Mərkəzi Asiya ölkələrinə tədarükü planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.