İqtisadiyyat

Azərbaycan investisiyaları və Misirin Süveyş kanalı

22 Fevral 2018 13:38
0 Şərh     Baxış: 1 088
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misir Azərbaycanla əməkdaşlığın möhkəmlənməsinə və ölkədə həyata keçirilən iri layihələrə, xüsusilə Süveyş kanalının inkişafına Azərbaycan investisiyalarının cəlb olunmasına ümid edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Qahirədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşü zamanı Misirin xarici işlər naziri Sameh Şükrü deyib.

Misirli nazir Ş.Mustafayevi ölkəsindəki investisiya imkanları barədə, o cümlədən iqtisadiyyatın müxtəlif sahələri, eləcə də neft-qaz sektorundakı layihələr barədə məlumatlandırıb.

Qeyd edək ki, Ş.Mustafayev iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclaslarında iştirak etmək məqsədilə Qahirədə ikigünlük səfərdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.