İqtisadiyyat

TAP-a 1,2 milyard kredit ayrılacaq

20 Fevral 2018 15:50
0 Şərh     Baxış: 1 547
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəməri (TAP) layihəsinə 1,2 milyard avroyadək kredit ayırmağı planlaşdırır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Reuters-ə AYİB-in Qafqaz, Moldova və Belarus üzrə regional direktoru Bruno Balvanera deyib.

O qeyd edib ki, 500 milyon avroyadək məbləğ Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən birbaşa, 700 milyon avro isə sindikatlaşdırılmış kredit qismində ayrılacaq:

"Kredit ayrılması barədə yekun qərarın 2018-ci ilin ortalarına qəbul edilməsi gözlənilir".

Qeyd edəl ki, "Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsi olan TAP-ın ümumi dəyəri 4,5 milyard avro təşkil edir və Tükiyə-Yunanıstan sərhədində digər qaz kəməri ilə - TANAP-la birləşəcək.

TAP-ın ilkin gücü ildə 10 milyard kubmetr təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.