İqtisadiyyat

SOCAR və "Statoil" arasında "Qarabağ" yatağı ilə bağlı saziş imzalana bilər

19 Fevral 2018 17:41
Baxış: 893
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Norveçin "Statoil" şirkəti bu il "Qarabağ" neft-qaz yatağının işlənməsi üzrə saziş imzalaya bilər".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Reuters" agentliyinə müsahibəsində SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib.

Şirkət rəsmisi bildirib ki, "Qarabağ" yatağı "Abşeron", "Ümid" və "Babək" yataqları kimi gələcəkdə "Cənub Qaz Dəhlizi"nin gücünün artırılması üçün istifadə oluna bilər.

V.Bəylərbəyov əlavə edib ki, bir çox xarici şirkətlər "Ümid" və "Babək" yataqlarının SOCAR-la birgə işlənməsi üçün maraq göstərir və hazırda bu şirkətlərlə danışıqlar aparılır.

Şirkət vitse-prezidentinin müavini onu da vurğulayıb ki, "Cənub Qaz Dəhlizi"nin birinci mərhələsi 2018-ci ilin iyulunda işə düşəcək, onun tam işə düşdükdən sonra genişləndirilməsi 2020-ci ildə mümkün olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.