İqtisadiyyat

Baş nazir: “Bakı-Tbilisi-Qars dəmir yolu regiona yeni dinamika gətirib”

18 Fevral 2018 12:06
0 Şərh     Baxış: 1 000
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu regiona yeni dinamika gətirib.

Milli.Az-ın APA-ya istinadən yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstan baş naziri Giorgi Kvirikaşvili 54-cü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Gürcüstana həsr olunmuş xüsusi tədbirdə bildirib.

Baş nazir deyib ki, Gürcüstan Cənub Nəqliyyat Dəhlizi və "İpək yolu" daxil olmaqla, Şərq-Qərb üzrə strateji təşəbbüsləri fəal olaraq dəstəkləyir: "Bizim hökumət Şərq və Qərb arasında yerüstü, dəniz və dəmir yolu ilə ticarətin inkişafına yönəlmiş infrastruktur sahəsində iddialı layihələrin təşəbbüskarıdır".

G.Kvirikaşvili qeyd edib ki, hazırda Anaklia dərin dəniz limanının tikintisi də sürətlə aparılır: "Bu liman regionda gələcək investisiyalar və rifah üçün əsas olacaq". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.