İqtisadiyyat

Nazir: Azərbaycan özünü düyü ilə tam təmin edə bilər

17 Fevral 2018 14:54
Baxış: 1 759
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2025-ci ilədək Azərbaycan özünü düyü ilə tam təmin edə bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov nazirliyin kollegiyasının geniş iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, hazırda Azərbaycanın düyüyə illik tələbatı 40 min ton təşkil edir:

"Ötən il biz düyü idxalı üçün 36 milyon dollar xərcləmişik".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş "Çəltikçiliyin inkişafına dair 2018-2025-illər üçün Dövlət proqramı"na əsasən ölkədə düyü yığımını ildə 40 min tona çatdırmaq planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.