İqtisadiyyat

"ABŞ "Cənub Qaz Dəhlizi"nin həyata keçirilməsindəki irəliləyişdən razıdır"

15 Fevral 2018 20:44
0 Şərh     Baxış: 551
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsindəki irəliləyişdən razıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının dördüncü nazirlər iclasının yekununda mətbuat konfransı zamanı ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnio deyib.

Dövlət Departamentinin rəsmisi bildirib: "Biz həmişə Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün səylərini dəstəkləyirik. Avropanın enerji təchizatını şaxələndirmək cəhdləri güclü Avropanın mövcudluğunu təmin etmək üçün vacibdir. Güclü Avropa, üzləşdiyimiz çətinliklərlə mübarizə üçün ABŞ-ın yaxşı tərəfdaşıdır. "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsindəki irəliləyişlər haqqında məruzələri dinləməkdən şadıq".

S.Saarnio qeyd edib ki, bu layihələrin həyata keçirilməsi Avropanın təhlükəsizliyini gücləndirəcək və Avropa ABŞ-ın güclü tərəfdaşı olacaq.

Qeyd edək ki, bu gün Bakıda, Heydər Əliyev Mərkəzində "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası işə başlayıb.

Tədbirdə "Cənub Qaz Dəhlizi"nin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç iştirak edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.